Azərbaycan 2 ölkədən çəkməli tütün alışını kəskin artırıb

Biznes
  • 30 avqust, 2023
  • 09:54
Azərbaycan 2 ölkədən çəkməli tütün alışını kəskin artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycana xaricdən 42,9 milyon ABŞ dolları dəyərində 2 min 392 ton çəkməli tütün gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 47,5 %, kəmiyyət olaraq – 27 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 37,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 40 dəfə çoxdur) 1 min 892 ton (+27 dəfə), Ukraynadan 4,4 milyon ABŞ dolları dəyərində (-71 %) 361,5 ton (-65 %), İordaniyadan 608 min ABŞ dolları dəyərində (-47 %) 110 ton (-49 %), Özbəkistandan 603,1 min ABŞ dolları dəyərində (-95 %) 23,7 ton (-96 %), Rusiyadan 125 min ABŞ dolları dəyərində (+44 dəfə) 2,9 ton (+12 dəfə) məhsul alıb.

2022-ci ildə Azərbaycana (11 ölkədən) idxal edilmiş 4 min 369 ton çəkməli tütünün 41,7 %-i Türkiyənin, 25,7 %-i Ukraynanın payına düşüb.

44 filmi