Azərbaycan 2 ayda Cənub-Şərqi Anadoludan mal idxalına çəkdiyi xərci 25 % azaldıb
- 26 mart, 2024
- 05:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycan (Naxçıvan Muxtar Respublikası) Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 10,894 milyon ABŞ dolları dəyərində mal idxal edib.
“Report” bu barədə Cənub-Şərqi Anadolu Taxıl, Paxlalılar, Yağlı Toxumlar və Emal Məhsulları İxracatçıları Birliyinə istinadən xəbər verir.
Bu, 2023-cü ilin eyni dövrünə nisbətən 26 % azdır.
Hesabat dövründə bölgədən ümumilikdə 1 milyard 939,743 milyon ABŞ dollarlıq məhsul ixrac edilib ki, bu da illik müqayisədə 28 % çoxdur.
2 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən böyük ixrac Yaxın Şərq ölkələrinə (829,405 milyon ABŞ dolları; 37 % çox) həyata keçirilib. Onu Avropa İttifaqı ölkələri (309,810 milyon ABŞ dolları; 30 % çox) və Afrika qitəsi ölkələri (250,481 milyon ABŞ dolları; 11 % çox) izləyib.