Bu ilin yanvar-noyabr aylarında Gürcüstandan Azərbaycana 787,8 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirilib ki, bu da adıçəkilən ölkənin ümumi ixracının 14,1 %-i deməkdir.
“Report” Gürcüstanın milli statistika idarəsinə istinadən xəbər verir ki, bu göstərici ilə Azərbaycan qonşu ölkənin ən böyük idxalçısı olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın Gürcüstandan idxalı 32,3 % artıb.
Siyahıda 2-ci yerdə 710,7 milyon ABŞ dolları ilə Ermənistan və 649,2 milyon ABŞ dolları ilə Qazaxıstan qərarlaşıb.
11 ay ərzində Gürcüstan 5 milyard 584,3 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirib. Bunun 80,5 %-i 10 ölkənin payına düşüb.
Hesabat dövründə Gürcüstanın ümumi idxalının dəyəri 14 milyard 28,5 milyon ABŞ dolları olub.