Bakı. 17 aprel. REPORT.AZ/ İyunun 4-də, saat 17:00-da “Azəravtonəqliyyat” ASC-nin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə müəssisənin İdarə Heyətinə istinadən rəsmi mətbuatda məlumat verilib.
Məlumatda deyilir ki, yığıncaq şirkətin əsas inzibati binasının yerləşdiyi Gəncə şəhəri, Şah İsmayıl Xətai prospekti,85 ünvanında keçiriləcək.
Yığıncağın gündəliliyinə “Azəravtonəqliyyat”ın 2016-cı ildəki fəaliyyəti ilə bağlı yekun hesabatın dinlənilməsi və təşkilati məsələlər daxildir.