“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin (ASK) törəmə müəssisəsi “Azəralüminium” MMC neft koksunun alınmasına dair elan etdiyi açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsidir.
Qalib şirkətə 1,067 milyon manat ödəniləcək.