Azər Əmiraslanov: “Alkoqollu içki istehsalı sahəsində qanunsuz sahibkarlıq aradan qaldırılacaq"

Azər Əmiraslanov: “Alkoqollu içki istehsalı sahəsində qanunsuz sahibkarlıq aradan qaldırılacaq" Azərbaycanda alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunması bu sahədə qanunsuz sahibkarlığı aradan qaldırmağa töhfə verəcək.
Biznes
21 Oktyabr , 2024 15:50
Azər Əmiraslanov: “Alkoqollu içki istehsalı sahəsində qanunsuz sahibkarlıq aradan qaldırılacaq
Azər Əmiraslanov

Azərbaycanda alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunması bu sahədə qanunsuz sahibkarlığı aradan qaldırmağa töhfə verəcək.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov rəhbərlik etdiyi komitənin iclasında - “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Bu yenilik uçot məsələsinin qaydaya salınmasına, istehsalçıların maraqlarının qorunmasına da imkan verəcək. Keyfiyyətsiz, standartlara cavab verməyən alkoqollu içkilər insan sağlamlığına mənfi təsir göstərir. Bu qanun layihəsinin məqsədlərindən biri də xəstəliklərin azalmasıdır”, - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi