Kiyevdən 189 həmyerlimiz vətənə gətirildi

Kiyevdən 189 həmyerlimiz vətənə gətirildi İyulun 9-da Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Kiyevdən çarter reysi yerinə yetirərək 189 həmyerlimizi vətənə çatdırmışdır.
Biznes
9 İyul , 2020 23:24
Kiyevdən 189 həmyerlimiz vətənə gətirildi
0 : 00
0 : 00

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) bu gün Kiyevdən çarter reysi yerinə yetirərək 189 həmyerlimizi vətənə çatdırıb.

Bu barədə "Report"a AZAL-dan bildirilib.

Yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır.

Qeyd edək ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.

Son xəbərlər

Orphus sistemi