AZAL ixrac gəlirlərini 32 dəfədən çox artırıb

Biznes
  • 01 avqust, 2022
  • 10:03
AZAL ixrac gəlirlərini 32 dəfədən çox artırıb

Bu ilin yanvar-iyun aylarında “Azərbaycan Hava Yolları” QSC (AZAL) 1,8 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyul sayında qeyd edilir.

Məlumata görə, bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,744 milyon ABŞ dolları və ya 32,1 dəfə çoxdur.

Xatırladaq ki, bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın ixracı 18,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə isə ixrac 1,5 milyard ABŞ dolları təşkil edib.

Cari ilin əvvəlindən Azərbaycanın beynəlxalq hava limanlarında ümumi sərnişin axını 2 milyon nəfəri ötüb. Cari ilin təkcə iyun ayında hava limanlarında 530 min nəfərə xidmət göstərilib ki, bu da pandemiyadan əvvəl 2019-cu ildəki göstəricinin 96 %-ni təşkil edir.

Heydər Əliyev Beynəlxalq Hava Limanında yeri olan “AZAL” və “Buta Airways” aviadaşıyıcıları tərəfindən ilin əvvəlindən müvafiq olaraq 618 min201 min sərnişin daşınıb. Bunlardan 457 min nəfəri beynəlxalq reyslərin sərnişinləridir və beynəlxalq daşımaların ümumi həcminin 36 %-ni təşkil edir.

Son xəbərlər

Bütün Xəbər Lenti