AZAL Bakıdan Aktauya uçuşlara başlayır

AZAL Bakıdan Aktauya uçuşlara başlayır Fevralın 18-dən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Qazaxıstanın Aktau şəhərinə uçuşları bərpa edəcək.
Biznes
1 Fevral , 2022 14:58
AZAL Bakıdan Aktauya uçuşlara başlayır

Fevralın 18-dən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Qazaxıstanın Aktau şəhərinə uçuşlara başlayacaq. 

Bu barədə "Report"a AZAL-dan bildirilib.

Məlumata görə, aviareyslər həftənin çərşənbə axşamı, cümə və bazar günləri həyata keçiriləcək.

Aviabiletləri aviaşirkətin rəsmi saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.

Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Qazaxıstana səyahət edən Azərbaycan vətəndaşları ölkəyə giriş qaydaları ilə burada tanış ola bilər: https://www.azal.az/az/information/covid-kazakhstan

Azərbaycanda COVID-19 üçün test verilə bilən klinikaların siyahısı aviaşirkətin saytında qeyd edilmişdir: https://www.azal.az/az/information/covid-clinics.

Sərnişin Aktau şəhərindən Bakıya uçuş zaman COVID-19-a dair testi dövlət tərəfindən akkreditə olunmuş və PCR-testi üsulu ilə analiz götürən istənilən klinika və ya laboratoriyada verə bilər. PCR-testin mənfi nəticəsi barədə arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə kömək edəcək.

Son xəbərlər

Orphus sistemi