Avropanın iki ölkəsi Azərbaycandan kartof almağa başlayıb

Biznes
  • 22 avqust, 2022
  • 13:00
Avropanın iki ölkəsi Azərbaycandan kartof almağa başlayıb

Bu ilin I yarısında Azərbaycan 26,3 milyon ABŞ dolları dəyərində 100 min ton kartof (toxumluq kartofdan başqa) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 11 %, kəmiyyət olaraq – 1,4 % çoxdur.

İrandan 8,9 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstərici ilə müqayisədə 60 % azalıb) 36 min 128 ton (-60,6 %), Türkiyədən 7,7 milyon ABŞ dolları dəyərində (+6 dəfə) 30 min 620 ton (+6 dəfə), Pakistandan 7,4 milyon ABŞ dolları dəyərində (+491 dəfə) 24 min 556 ton (+501 dəfə), Gürcüstandan 1,5 milyon ABŞ dolları dəyərində (+4,1 dəfə) 5 min 856 ton (+4 dəfə), Ukraynadan 847 min ABŞ dolları dəyərində (+212 dəfə) 2 min 824 ton (+141 dəfə) məhsul gətirilib.

Hesabat dövründə Azərbaycan xaricə 35,1 milyon ABŞ dolları dəyərində 78 min 156 ton kartof satıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 12 % və 15 % azdır.

Rusiyaya 33,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 12,8 % azalıb) 73 min 532 ton (-13,5 %), Belarusa 776 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 1 886 ton (+42 %), Ukraynaya 561 min ABŞ dolları dəyərində (-47 %) 1 414 ton (-70 %), Gürcüstana 131 min ABŞ dolları dəyərində (+11 dəfə) 527,6 ton (+7,8 dəfə), Litvaya 91 min ABŞ dolları dəyərində 368,8 ton, Sloveniyaya 43 min ABŞ dolları dəyərində 165,8 ton məhsul ixrac edilib.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Litvaya və Sloveniyaya tədarük həyata keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti