"Azərbaycan pomidorları, ümumilikdə meyvə və tərəvəzləri çox dadlıdır. Azərbaycanda tam haqlı iddia edirlər ki, məhsulları çox kefiyyətlidir".
“Report” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas Azərbaycan istehsalı olan pomidorların Avropa ölkələrinə ixracı imkanlarına münasibət bildirərkən deyib.
"İxrac bazarlarının diversifikasiya edilməsi çox vacibdir. Hazırda Azərbaycan Aİ-na fındıq ixrac edir. Keyfiyyətə nəzarət üzrə ciddi standartlarımız var və onlar fındığa tətbiq edilir. Eyni standartlar digər məhsullara tətbiq edilsə, bu, Azərbaycanın ixrac imkanlarını genişləndirəcək. Fitosanitar istiqamətində Azərbaycanla işləyirik və hökumətə lazımı köməyi göstərməyə həmişə hazırıq”, - o qeyd edib.