Avropa İttifaqı Azərbaycandakı tvinninq layihələrinin sayını artıracaq

Avropa İttifaqı Azərbaycandakı tvinninq layihələrinin sayını artıracaq “Azərbaycanda həyata keçirdiyimiz tvinninq layihələri həm ölkə, həm də bizim üçün maraqlıdır”.
Biznes
6 Sentyabr , 2021 14:56
Avropa İttifaqı Azərbaycandakı tvinninq layihələrinin sayını artıracaq

“Azərbaycanda həyata keçirdiyimiz tvinninq layihələri həm ölkə, həm də bizim üçün maraqlıdır”.

Bunu “Report”a açıqlamasında Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Boykov deyib.

"Hazırda 10-a yaxın tvinninq layihəsi icra edilir. Biz həmişə yeni layihənin icrasına başlamağı planlaşdırırıq. Çünki tvinninq layihəsi hökumət üçün çox maraqlı bir alətdir. Onlar vasitəsilə Aİ-na üzv ölkələr təcrübələrini Azərbaycanla bölüşür. Tvinninq layihələri ilə biz ekspertləri dəstəkləyirik və onlar Azərbaycan hökuməti ilə yaxından işləyir. Layihələr Azərbaycan üçün çox məhsuldardır. Onların davam etməsi Azərbaycan tərəfinin tələbindən aslıdır. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə yeni tvinninq layihəsi icra edilə bilər. Bu, sosial müdafiə sistemi ilə bağlı ola bilər. Layihə ilə bağlı Azərbaycandan artıq istək var".

Xatırladaq ki, son 10 ildə Azərbaycanın 25-dən artıq nazirliyi və ictimai təşkilatı təqribən 50 tvinninq layihəsində iştirak edib və nəticədə Aİ-nin texniki biliklərindən və dövlət qulluqçularının praktiki təcrübələrindən faydalanıb. Bununla yerli qanunverciliyin Aİ standartlarına uyğun hazırlanması və təkmilləşdirilməsinə təkan verilir.

Son xəbərlər

Orphus sistemi