Avropa İttifaqı Azərbaycanda narçılığın inkişafına dəstək verir

Avropa İttifaqı Azərbaycanda narçılığın inkişafına dəstək verir “Avropa İttifaqı Azərbaycanda narçılığın inkişafına dəstək verir”.
Biznes
16 Dekabr , 2022 13:17
Avropa İttifaqı Azərbaycanda narçılığın inkişafına dəstək verir

“Avropa İttifaqı Azərbaycanda narçılığın inkişafına dəstək verir”.

"Report" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı Ofisinin nümayəndəsi Viktor Boşkov Kürdəmir rayonunun Muğanlı kəndində nar şirəsi istehsalı üzrə minizavodun açılışında deyib.

Onun sözlərinə görə, layihə 100 kənddən birbaşa nar becərilməsi ilə məşğul olan 1500 nəfəri əhatə edib.

"Layihə çərçivəsində onların narçılıqla daha yaxından tanış olmaları üçün təlimlər keçirilib. Layihənin prioritetləri sırasında yüksək keyfiyyətin, həmçinin nar şirəsi istehsalının lazımi standartlara uyğunluğunun təmin edilməsini göstərmək olar. Narçılıq turistləri cəlb etmək üçün əla fürsətdir ki, bu da bütün regionun inkişafına töhfəsini verəcək", - V.Boşkov bildirib.

Son xəbərlər

Orphus sistemi