Avropa istiqrazları Çin bazarına buraxıldı

Avropa istiqrazları Çin bazarına buraxıldı Yeni İnkişaf Bankı (NDB) Çin banklararası istiqrazlar bazarına bazarında 5 milyard yuan həcmində sabit dərəcəli 3 illik istiqrazlar buraxıb
Biznes
25 Mart , 2021 11:54
Avropa istiqrazları Çin bazarına buraxıldı

BRİCS ölkələrinin müştərək təsisatı olan Yeni İnkişaf Bankı (NDB) Çin banklararası istiqrazlar bazarına 5 milyard yuan həcmində sabit dərəcəli 3 illik istiqrazlar buraxıb.

“Report” banka istinadən xəbər verir ki, BMT İnkişaf Proqramı (UNDP) Dayanıqlı İnkişaf Hədəfləri (SDG) çərçivəsindəki İstiqrazların Təsir Standartları, habelə Çinin SDG Maliyyə Təsnifatına uyğun olaraq bütövlükdə 20 milyard yuanlıq istiqraz proqramı çərçivəsində yerləşdirilən istiqrazlar 3,22 faizlik gəlir göstəricisinə malikdir.

Sözügedən istiqrazlar Çinin COVID-19 pandemiyasından sonra dirçəlməsinə yönəlmiş 7 milyard yuanlıq Fövqəladə Yardım Proqramı çərçivəsində yerləşdirilir. Bu əməliyyat coğrafi cəhətdən geniş olan sərmayədar kütləsi tərəfindən diqqətçəkən tələbata səbəb olub. Belə ki, sərmayədarların 51 faizi Çinin, 27,5 faizi Asiya – Pasifik regionunun qalan ölkələrinin, 15 faizi Avropa, Yaxın Şərq və Afrikanın (EMEA), 6,5 faizi də Qərb yarımkürənin payına düşür.

Son xəbərlər

Orphus sistemi