Mürsəl Rüstəmov: "ATİB-in yeni hədəfi üzv şirkətlərin sayının 120-ə çatdırılmasıdır"

Mürsəl Rüstəmov: "ATİB-in yeni hədəfi üzv şirkətlərin sayının 120-ə çatdırılmasıdır" 2024-cü ildə Azərbaycan-Türkiyə İş Adamları Birliyinə (ATİB) 34 yeni üzv daxil olub, 15 şirkətin üzvlüyünə xitam verilib.
Biznes
23 Dekabr , 2024 12:16
Mürsəl Rüstəmov: ATİB-in yeni hədəfi üzv şirkətlərin sayının 120-ə çatdırılmasıdır

Bu il Azərbaycan-Türkiyə İş Adamları Birliyinə (ATİB) 34 yeni üzv daxil olub, 15 şirkətin üzvlüyünə xitam verilib.

“Report” xəbər verir ki, bunu ATİB-in İdarə Heyətinin sədri Mürsəl Rüstəmov qurumun İllik Ümumi yığıncağında bildirib.

Onun sözlərinə görə, hazırda Birliyin 86 üzvü var.

M. Rüstəmov qeyd edib ki, bu ilin yanvar-noyabr aylarında ATİB üzərinə düşən öhdəliklərin 99 %-ni yerinə yetirib:

"Üzərimizə düşən əsas hədəflərdən biri Birliyin üzvlərinin sayının 100-ü ötməsidir. Düzdür buna nail oluna bilinməyib. Bu İdarə Heyətinin yeganə çatışmayan cəhəti oldu. Bu da onunla əlaqədardır ki, 15 yaxın şirkət üzvlükdən çıxarılıb. Düşünürəm ki, yeni seçiləcək İdarə Heyətindən sonra bu hədəf artıq 100 deyil, 120 üzv olmalıdır".

Qeyd edək ki, ATİB 2004-cü ilin aprel ayında 2002-ci ildə təsis edilmiş Türkiyə İş Adamları Dərnəyinin hüquqi varisi kimi fəaliyyətə başlayıb.

Son xəbərlər

Orphus sistemi