ASK-ya yeni baş katib təyin edilib

ASK-ya yeni baş katib təyin edilib Bu vəzifəyə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri gətirilib
Biznes
128
23 Yanvar , 2017 17:41
ASK-ya yeni baş katib təyin edilib

Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) baş katib vəzifəsinə yeni təyinat olub. “Report”un əldə etdiyi məlumata görə, bu vəzifəyə Orxan Xanlar oğlu Bayramov gətirilib.

Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə-kredit” fakültəsini (bakalavr) 2008-ci ildə bitirən O.Bayramov hazırda “Maastricht School of Management”də MBA proqramı üzrə təhsilini davam etdirir.

O.Bayramov əmək fəaliyyətinə 2006-cı ildən sığorta sahəsində başlayıb. 2013-cü ildən 2017-ci ilədək isə Azərbaycan Sığortaçılar Assosiasiyasında sədr vəzifəsində çalışıb. İngilis, türk, rus dillərini bilir.

Qeyd edək ki, ASK 5 mart 1999-cu ildə təsis edilib, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılmasına kömək edən qeyri-hökumət təşkilatıdır. Hazırda 6 000-dən artıq sahibkarlıq subyekti, o cümlədən 70-ə qədər iqtisadi və sosial yönümlü assosiasiyalar, holdinqlər, birliklər, ittifaqlar, iri şirkətlər, banklar, sığorta təşkilatları və qruplar Konfederasiyanın üzvüdür.

Son xəbərlər

Orphus sistemi