ASK-nın Baş katibi: Özəl sektor "COP29-da Yaşıl Bölgə" mövzusunda əsas oyunçulardandır

Biznes
  • 09 oktyabr, 2024
  • 12:27
ASK-nın Baş katibi: Özəl sektor COP29-da Yaşıl Bölgə mövzusunda əsas oyunçulardandır
Natəvan Məmmədova

Özəl sektor "COP29-da Yaşıl Bölgə" ilə bağlı informasiya sessiyasında əsas oyunçulardan biridir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Baş katibi Natəvan Məmmədova QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən Azərbaycan QHT-ləri üçün "COP29-da Yaşıl Bölgə" ilə əlaqədar məlumat sessiyasında jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, COP29 tədbiri çərçivəsində sözügedən sektorun rolu danılmazdır:

"Yaşıl maliyyə, karbon emissiyalarının neytrallaşdırılması, karbon vergiləri, yeni investisiyalar özəl sektorun hazırlıqlı olmasını tələb edən məqamlardır. Bu səbəbdən biz də çalışırıq ki, öz sektorumuzu daim məlumatlandıraq".

Son xəbərlər

Bütün Xəbər Lenti