ASK: "KOB-lar satış kanallarını genişləndirməlidirlər"

ASK: "KOB-lar satış kanallarını genişləndirməlidirlər" Ölkənin kiçik və orta sahibkarları satış kanallarını genişləndirməlidilər, xarici bazarlara çıxış imkanlarını artırmalıdırlar.
Biznes
21 May , 2022 13:12
ASK: KOB-lar satış kanallarını genişləndirməlidirlər
Vüqar Zeynalov

Ölkənin kiçik və orta sahibkarları satış kanallarını genişləndirməlidilər, xarici bazarlara çıxış imkanlarını artırmalıdırlar.

"Report" xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov “Azərbaycan İstehsalçılar Festivalı 2022” satış-yarmarkasında deyib.

Onun sözlərinə görə, sahibkarların məhsulları rəqabətə davamlı olmalıdır.

V.Zeynalov deyib ki, bu gün İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə təşkil olunan yarmarka sahibkarlar üçün əlavə fürsət yaradır ki, məhsullarını istehlakçıların qarşısına çıxarsınlar və məhsullarını daha də təkmilləşdirsinlər: "Sahibkarlara təklif edərdim ki, festivalın verdiyi fürsətlərindən maksimum yararlansınlar. Bu cür tədbirlər silsilə xarakterlidir. Bu gün sərgidə təmsil edilənlər mikro sahibkarlardır. Ona görə də bu gün təşkil edilən festival sahibkarlara önəmli dəstəkdir".

Qeyd edək ki, “Azərbaycan İstehsalçılar Festivalı 2022”  mayın 22-ə qədər davam edəcək.

Son xəbərlər

Orphus sistemi