ASK ilə “QazTrade” arasında əməkdaşlıq memorandumu imzalanıb

ASK ilə “QazTrade” arasında əməkdaşlıq memorandumu imzalanıb Əldə olunan razılaşmaya görə, tərəflər ümumi maraq kəsb edən ticarət və iqtisadi məsələlər ilə bağlı məlumat və təcrübə mübadiləsi aparacaqlar
Biznes
15 Sentyabr , 2021 13:30
ASK ilə “QazTrade” arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə “QazTrade” arasında əməkdaşlıq memorandumu imzalanıb.

“Report”un Konfederasiyaya istinadən verdiyi məlumata görə, memorandumu ASK-nın prezidenti Məmməd Musayev ilə “QazTrade”in baş direktorunun müavini Nurali Bukeyxanov imzalayıblar.

Əldə olunan razılaşmaya görə, tərəflər ümumi maraq kəsb edən ticarət və iqtisadi məsələlər ilə bağlı məlumat və təcrübə mübadiləsi aparacaqlar. Eyni zamanda, birgə elmi və praktik tədbirlərdə iştirak, media dəstəyi kimi əməkdaşlıq əlaqələri nəzərdə tutulub.

Memorandum həmçinin birgə layihələrin həyata keçirilməsini də özündə ehtiva edir.

Son xəbərlər

Orphus sistemi