Bakı. 14 noyabr. REPORT.AZ/ “
QSC-dən “Report”a verilən məlumata görə, sərginin açılış günündə ekologiya və təbii sərvətlər naziri
Nazir ASCO-nun stendi ilə yaxından tanış olub. Nazirə məlumat verilib ki, bu ilki sərgidə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilk dəfə olaraq yenilənmiş ASCO brendi ilə təmsil olunur. Qeyd edilib ki, Ətraf mühitin qorunması ASCO üçün əsas davamlı inkişaf meyarlarından biridir. ASCO gəmilərin istismarı və sahil obyektlərinin fəaliyyəti nəticəsində yaranan neftli şlamların, işlənmiş yağların, digər maye və bərk tullantıların su mənbələrinə, qrunta və havaya ekoloji mənfi təsirlərinin minimuma endirilməsini daim diqqət mərkəzində saxlayır. Əməliyyatlar zamanı ətraf mühitə zərərin vurulmaması üçün mövcud imkanlar daxilində zəruri qabaqlayıcı tədbirlər görülür.
Bundan başqa, vurğulanıb ki, Gəmiçiliyin donanmaları davamlı olaraq bütün ekoloji standartlara cavab verən yeni gəmilərlə zənginləşir. Hazırda Bakı Gəmiqayırma Zavodunda tikilən iki ədəd unikal “Ro-Pax” tipli gəmi-bərə və iki yeni nəsil tanker də ekoloji nöqteyi-nəzərdən beynəlxalq tələb və normalara tam cavab verəcək.
Qeyd edək ki, ASCO-nun stendində ziyarətçilərə maketlər, şəkillər, çap məhsulları, videoçarxların köməkliyi ilə Gəmiçiliyin göstərdiyi xidmətlər və fəaliyyəti haqqında məlumat verilir. Bundan başqa, ətraf mühitin mühafizəsi istiqamətində aparılan ekoloji proseslərin Gəmiçilikdə necə həyata keçirildiyi əyani nümayiş olunur.
Sərginin əsas məqsədlərindən biri insanların diqqətini ətraf mühit problemlərinə cəlb etməkdir. Təşkilatçılar bildirir ki, bu sərgi Xəzər və Qafqaz regionlarında ekologiya və ətraf mühitin mühafizəsi sahəsində təşkil edilən ən iri tədbirdir.