“ASAN xidmət” “İSR Holdinq”lə əməkdaşlığa başlayır

“ASAN xidmət” “İSR Holdinq”lə əməkdaşlığa başlayır Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət") Elektron Hökumətin İnkişafı Mərkəzi avtomatlaşdırılmış mühasibat idarəetmə sisteminin və ona 1 illik texniki dəstək xidmətinin satın alınması üzrə elan
Biznes
6 Noyabr , 2020 17:04
“ASAN xidmət” “İSR Holdinq”lə əməkdaşlığa başlayır
0 : 00
0 : 00

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") Elektron Hökumətin İnkişafı Mərkəzi avtomatlaşdırılmış mühasibat idarəetmə sisteminin və ona 1 illik texniki dəstək xidmətinin satın alınması üzrə elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "İSR Management" MMC-dir.

Qalib şirkətə 49 560 manat ödəniləcək.

Xatırladaq ki, “İSR Holdinq” MMC-nin törəməsi olan "İSR Management" 2017-ci ilin dekabrında, 100 manat nizamnamə kapitalı ilə yaradılıb. Onun qanuni təmsilçisi Rauf İsgəndər oğlu Xəlilovdur.

Son xəbərlər

Orphus sistemi