“ASAN Xidmət” iki universitetlə Anlaşma Memorandumu imzalayıb

“ASAN Xidmət” iki universitetlə Anlaşma Memorandumu imzalayıb ​​​​​​​Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universiteti və Naxçıvan Dövlət Universiteti arasında Anlaşma Memorandumu
Biznes
24 yanvar 2025 08:15
“ASAN Xidmət” iki universitetlə Anlaşma Memorandumu imzalayıb

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universiteti və Naxçıvan Dövlət Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.

“Report” xəbər verir ki, imzalanan Anlaşma Memorandumu “ASAN Xidmət” və iki universitet arasında “Universitetlərdə innovasiya mühitinin formalaşdırılması və inkişaf etdirilməsi sahəsində əməkdaşlığa dair” sənəddir.

Anlaşma Memorandumunu Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev imzalayıblar.

Qeyd edək ki, BP şirkəti və Türkiyənin “Bilişim Vadisi” ilə birgə həyata keçirilən 6 aylıq inkubasiya proqramına ilkin mərhələdə 47 komanda qeydiyyatdan keçib, onlardan 30-u seçilib və 10 komanda proqramda iştirak hüququ qazanıb. Proqram müddətində türkiyəli mütəxəssislər tərəfindən müxtəlif sahələrdə təlimlər təşkil edilib.

Xatırladaq ki, 2021-ci ilin aprel ayından həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan ixtira sahəsinə yönləndirilməsidir.

Layihə müddətində 12 ali təhsil müəssisəsi ilə əməkdaşlıq həyata keçirilib, 2 mindən çox tələbə tərəfindən 181 startap ideyası təqdim olunub. Universitetlərdə hazırlanmış 130-dan çox mentorun dəstəyi ilə 98 startap komandası formalaşdırılıb. İnkubasiya proqramlarının yekunu olaraq 19 startap komandası layihələrini təqdim edib və münsiflər heyəti tərəfindən qiymətləndirilmə nəticəsində 3 komanda mükafatlandırılıb.

Mikayıl Cabbarov Andrey Sibiqa ilə ölkələrarası iqtisadi əməkdaşlığı müzakirə edib

Mikayıl Cabbarov Andrey Sibiqa ilə ölkələrarası iqtisadi əməkdaşlığı müzakirə edib Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə görüşüb.
Biznes
25 may 2025 11:11
Mikayıl Cabbarov Andrey Sibiqa ilə ölkələrarası iqtisadi əməkdaşlığı müzakirə edib

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə nazir "X" səhifəsində paylaşım edib.

"Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq, biznes missiyalarının təşkili, işgüzar əlaqələri təşviq edən platformaların təkmilləşdirilməsi barədə müzakirələr apardıq. Həmçinin nəqliyyat dəhlizlərinin ticarət əlaqələrinin gücləndirilməsində rolu barədə fikirlərimizi bölüşdük", - paylaşımda deyilir.

Azərbaycan kakao ixracını artırıb

Azərbaycan kakao ixracını artırıb Bu ilin yanvar-aprel aylarında Azərbaycan 52,573 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib.
Biznes
24 may 2025 17:46
Azərbaycan kakao ixracını artırıb

Ödənişli informasiyadan istifadə məhduddur


Bu informasiya yalnız abunəçilər üçün açıqdır


Report İnformasiya Agentliyinin dərc etdiyi xəbərlərə abunə olmaq, fotoları əldə etmək üçün agentliyin kommersiya bölməsinə müraciət edə bilərsiz:


E-mail: news@report.az
Telefon: (012) 404 76 77 (daxili 950)
Mob: (077) 447 47 17


Siz qeydiyyatdan keçmiş istifadəçisinizsə, zəhmət olmasa, logininizi və parolunuzu daxil edin:


Azərbaycan tütün ixracından qazancını 7 % artırııb

Azərbaycan tütün ixracından qazancını 7 % artırııb Bu ilin yanvar-aprel aylarında Azərbaycan 36,002 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib.
Biznes
24 may 2025 17:31
Azərbaycan tütün ixracından qazancını 7 % artırııb

Ödənişli informasiyadan istifadə məhduddur


Bu informasiya yalnız abunəçilər üçün açıqdır


Report İnformasiya Agentliyinin dərc etdiyi xəbərlərə abunə olmaq, fotoları əldə etmək üçün agentliyin kommersiya bölməsinə müraciət edə bilərsiz:


E-mail: news@report.az
Telefon: (012) 404 76 77 (daxili 950)
Mob: (077) 447 47 17


Siz qeydiyyatdan keçmiş istifadəçisinizsə, zəhmət olmasa, logininizi və parolunuzu daxil edin:


Ağdamdakı sənaye müəssisələri rayona köçürülən sakinlər üçün kurslar təşkil edəcəklər

Ağdamdakı sənaye müəssisələri rayona köçürülən sakinlər üçün kurslar təşkil edəcəklər Ağdam Sənaye Parkında fəaliyyət göstərən istehsal müəssisələri rayona köçürülən sakinlər üçün kurslar təşkil edəcəklər.
Biznes
24 may 2025 17:09
Ağdamdakı sənaye müəssisələri rayona köçürülən sakinlər üçün kurslar təşkil edəcəklər

Ağdam Sənaye Parkında fəaliyyət göstərən istehsal müəssisələri rayona köçürülən sakinlər üçün kurslar təşkil edəcəklər.

Bunu “Report”un Ağdama ezam olunan əməkdaşına açıqlamasında Ağdam Sənaye Parkında fəaliyyət göstərən EOS QRUP MMC-nin meneceri Ramin Bəhmənli deyib.

Onun sözlərinə görə, sakinlər üçün kurslar şirkətin hesabına təşkil olunacaq:

“EOS QRUP” MMC Ağdam Sənaye Parkında artıq bir ilə yaxındır fəaliyyət göstərir. Hazırda müəssisədə 50-si Ağdam rayonundan olan keçmiş məcburi köçkün olmaqla 60-dan çox işçi çalışır. Onlardan bir neçə nəfər Ağdamın Sarıcalı və Kəngərli kəndinə köçən yerli sakinlərdir”.

R.Bəhmənli əlavə edib ki, istehsal sahəsində ehtiyac duyulan müxtəlif kateqoriyalar üzrə mütəxəssislərin hazırlanması da nəzərdə tutulur. Bu isə gələcəkdə müəssisələrin yerli mütəxəssislər hesabına idarə olunmasına imkan verəcək:

“Qarşımıza qoyduğumuz başlıca məqsəd müəssisəmizin Ağdamdakı filialının əsas işçi qüvvəsini rayon ərazisinə köçən sakinlərdən formalaşmasını təmin etməkdir. Fabrikin gələcək inkişafı ilə bağlı yerli kadrların yetişdirilməsini diqqətdə saxlayırıq. Namizədlərin həm Ağdamda, həm də Bakıda kurslara cəlb olunması və onların sertifikasiyadan keçməsi üçün xərcləri şirkət ödəyəcək”.

Azərbaycan əczaçılıq məhsullarının idxalına çəkdiyi xərci cüzi azaldıb

Azərbaycan əczaçılıq məhsullarının idxalına çəkdiyi xərci cüzi azaldıb Bu ilin yanvar-aprel aylarında Azərbaycan 166,804 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.
Biznes
24 may 2025 16:04
Azərbaycan əczaçılıq məhsullarının idxalına çəkdiyi xərci cüzi azaldıb

Ödənişli informasiyadan istifadə məhduddur


Bu informasiya yalnız abunəçilər üçün açıqdır


Report İnformasiya Agentliyinin dərc etdiyi xəbərlərə abunə olmaq, fotoları əldə etmək üçün agentliyin kommersiya bölməsinə müraciət edə bilərsiz:


E-mail: news@report.az
Telefon: (012) 404 76 77 (daxili 950)
Mob: (077) 447 47 17


Siz qeydiyyatdan keçmiş istifadəçisinizsə, zəhmət olmasa, logininizi və parolunuzu daxil edin:


Azərbaycan şəkər ixracından qazancını 29 %-dən çox artırıb

Azərbaycan şəkər ixracından qazancını 29 %-dən çox artırıb Bu ilin yanvar-aprel aylarında Azərbaycan 73,411 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib.
Biznes
24 may 2025 15:59
Azərbaycan şəkər ixracından qazancını 29 %-dən çox artırıb

Ödənişli informasiyadan istifadə məhduddur


Bu informasiya yalnız abunəçilər üçün açıqdır


Report İnformasiya Agentliyinin dərc etdiyi xəbərlərə abunə olmaq, fotoları əldə etmək üçün agentliyin kommersiya bölməsinə müraciət edə bilərsiz:


E-mail: news@report.az
Telefon: (012) 404 76 77 (daxili 950)
Mob: (077) 447 47 17


Siz qeydiyyatdan keçmiş istifadəçisinizsə, zəhmət olmasa, logininizi və parolunuzu daxil edin:


Azərbaycanda növbəti avtomobil hərracı elan edilib

Azərbaycanda növbəti avtomobil hərracı elan edilib İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyulun 10-da növbəti dəfə avtomobil hərracı keçirəcək.
Biznes
23 may 2025 17:39
Azərbaycanda növbəti avtomobil hərracı elan edilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyulun 10-da növbəti dəfə avtomobil hərracı keçirəcək.

"Report" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca 27 nəqliyyat vasitəsi çıxarılacaq.

Bunlar, Dövlət Ehtiyatları Agentliyinə məxsus "Nissan Maxima", "BMW 525I", "Chevrolet Niva" (4 ədəd), "Mercedes Benz E240" və "Hyundai Sonata", Mərkəzi Seçki Komissiyasına məxsus "Nissan Sunny", "Volkswagen Jetta", "Toyota Camry" və "Chrysler", Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsus "Chevrolet Niva" (13 ədəd), "VAZ 2106" və "QAZ-31105-801" markalı minik avtomobilləridir.

Avtomobillərin buraxılış illəri 2000-2013-cü illər, start qiyməti 1 200 - 14 500 manatdır. Bunun 10 %-i beh kimi ödənilməlidir.

Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Nəqliyyat vasitələri barədə ətraflı məlumatı auksion.gov.az saytından almaq olar. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.

Azərbaycanda növbəti torpaq hərracları elan edilib

Azərbaycanda növbəti torpaq hərracları elan edilib Azərbaycanda növbəti torpaq hərracı elan edilib
Biznes
23 may 2025 17:34
Azərbaycanda növbəti torpaq hərracları elan edilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyunun 25-də növbəti dəfə torpaq hərracları keçirəcək.

"Report" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, hərraclar ƏMDX-nın Şirvan, Ucar, Bərdə, Beylaqan, Cəlilabad və Şəki ərazi şöbələrində olacaq. Hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 25 torpaq sahəsi çıxarılacaq.

Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.

Naxçıvanın sosial-iqtisadi inkişafı ilə əlaqədar layihələr müzakirə olunub

Naxçıvanın sosial-iqtisadi inkişafı ilə əlaqədar layihələr müzakirə olunub “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” üzrə Əlaqələndirmə Qrupunun onlayn iclasında Naxçıvanın sosial-iqtisadi inkişafı ilə bağlı layihələr müzakirə olunub.
Biznes
23 may 2025 16:48
Naxçıvanın sosial-iqtisadi inkişafı ilə əlaqədar layihələr müzakirə olunub

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” üzrə Əlaqələndirmə Qrupunun onlayn iclasında bölgənin sosial-iqtisadi inkişafı ilə bağlı layihələr müzakirə olunub.

"Report" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

İştirakçılara “Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların Azərbaycanın digər ərazilərinə daşınması üçün çəkilmiş xərclərə görə dəstək məbləğinin ödənilməsi Qaydası”, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nın icrası üzrə monitorinq və qiymətləndirmə nəticələri barədə məlumat verilib. İclasda Naxçıvanda potensial investisiya layihələri diqqətə çatdırılıb, əlaqələndirmə qrupunun üzvlərinin rəy və təklifləri dinlənilib.

Məlumata görə, Prezident Administrasiyası, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, İqtisadiyyat, Kənd Təsərrüfatı, Energetika, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, Azərbaycan Mərkəzi Bankının, Dövlət Gömrük Komitəsinin, Dövlət Turizm Agentliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələrinin iştirak etdiyi iclasda gündəlikdə duran məsələlər müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi