Arxangelsk vilayəti Azərbaycanla əlaqələri inkişaf etdirmək niyyətindədir

Arxangelsk vilayəti Azərbaycanla əlaqələri inkişaf etdirmək niyyətindədir Bu məqsədlə Azərbaycan tərəfinə bir sıra layihələr təqdim olunub
Biznes
1 Noyabr , 2016 13:21
Arxangelsk vilayəti Azərbaycanla əlaqələri inkişaf etdirmək niyyətindədir

Bakı. 1 noyabr. REPORT.AZ/ "Azərbaycanla turizm və bir çox sahələrdə əlaqələri inkişaf etdirmək üçün təkliflər irəli sürüləcək". 

"Report"un xəbərinə görə, bunu bu gün Bakıda keçirilən VII Azərbaycan-Rusiya Regionlararası Forumda çıxışında Rusiyanın Arxangelsk vilayətinin qubernatoru İqor Orlov bildirib.

İ.Orlov qeyd edib ki, Rusiyanın ölkə üzrə əldə etdiyi almazın 20%-ni Arxangelsk vilayəti təmin edir: "Azərbaycanla nəinki bu sektorda, digər sahələrdə də uğurlu əməkdaşlıq edəcəyik. Ümid edirik ki, bu gün təqdim edəcəyimiz təklifləri Azərbaycan tərəfi müsbət qiymətləndirəcək. Nəticədə, Azərbaycanla Arxangelsk vilayəti arasında qarşılıqlı əməkdaşlıq sazişi imzalanacaq". 

"Biz hər sahədə Azərbaycanla münasibətlərin qurulmasına və inkişaf etdirilməsinə hazırıq. Mən inanıram ki, arada böyük məsafənin olmasına baxmayaraq, Azərbaycanla bir çox layihələrə imza atacağıq", - deyə qubernator əlavə edib.

Son xəbərlər

Orphus sistemi