"Aqrolizinq"in texnikasını sığortalayacaq şirkətlərdən biri məlum olub

"Aqrolizinq"in texnikasını sığortalayacaq şirkətlərdən biri məlum olub Şirkət tenderin lot-1 üzrə olan qalibini açıqlayıb
Biznes
22 İyul , 2017 15:24
Aqrolizinqin texnikasını sığortalayacaq şirkətlərdən biri məlum olub

Bakı. 22 iyul. REPORT.AZ/ "Aqrolizinq" ASC-nin kənd təsərrüfatı texnikasının sığortalanması xidmətinin alınmasına dair keçirdiyi açıq tenderin qalibi məlum olub.

"Report" dövrü mətbuata istinadən xəbər xəbərə görə, iki lot üzrə keçirilən tenderdə lot-1 üzrə "PAŞA Sığorta" ASC qalib olub.

Xatırladaq ki, "Aqrolizinq" ASC mayın 15-də lot-1 üzrə traktor və özüyeriyən kənd texnikasının sığortalanması, lot-2 üzrə isə pambıqyığan kombaynların sığortalanmasına dair açıq tender elan etmişdir.

Qeyd edək ki, lot-1 üzrə iştirak haqqı 500 manat, lot-2 üzrə isə 300 manat olub.

Son xəbərlər

Orphus sistemi