“Aqrokimya”nın xalis mənfəəti 15 % azalıb

Biznes
  • 29 iyul, 2025
  • 15:05
“Aqrokimya”nın xalis mənfəəti 15 % azalıb

“Aqrokimya” MMC 2024-cü ili 6,704 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 14,9 % azdır.

Ötən il “Aqrokimya”nın vergiyəqədərki mənfəəti 8,38 milyon manat (14,9 % az), mənfəət vergisi ödəmələri isə 1,676 milyon manat (14,9 % az) təşkil edib.

Bu il yanvarın 1-nə “Aqrokimya”nın aktivləri 75,285 milyon manat olub ki, bu da illik müqayisədə 9,5 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 32,7 % azalaraq 29,989 milyon manata düşüb, balans kapitalı isə 17,4 % artaraq 45,295 milyon manata çatıb.

Xatırladaq ki, “Aqrokimya” 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 9 938 manatdır. Şirkət dünyanın bir çox aparıcı bitki mühafizəsi vasitələri, gübrə, toxum və digər aqrokimyəvi məhsul istehsalçılarının Azərbaycandakı rəsmi distribütorudur.

44 filmi