Aqrar Kredit və İnkişaf Agentliyinin müvəkkil kredit təşkilatı olmaq üçün şərtlər yumşaldılıb

Aqrar Kredit və İnkişaf Agentliyinin müvəkkil kredit təşkilatı olmaq üçün şərtlər yumşaldılıb Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyası “Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə üzrə Müsabiqə Komissiyası haqqında Əsasnamə”nin və “Müvəkkil kredit təşkilatlarının seçilmə meyarlarının təsdiq edilməsi barədə” 31 yanvar 2019-cu il tari
Biznes
11 Dekabr , 2023 11:33
Aqrar Kredit və İnkişaf Agentliyinin müvəkkil kredit təşkilatı olmaq üçün şərtlər yumşaldılıb

Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyası “Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə üzrə Müsabiqə Komissiyası haqqında Əsasnamə”nin və “Müvəkkil kredit təşkilatlarının seçilmə meyarlarının təsdiq edilməsi barədə” 31 yanvar 2019-cu il tarixli qərarında dəyişiklik edib.

“Report” xəbər verir ki, bununla bağlı nazir Məcnun Məmmədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra Agentliyin müvəkkil kredit təşkilatı olmaq üçün maliyyə qurumlarının statistik göstəriciləri nəzərə alınmayacaq.

Nazirliyin Hüquq şöbəsinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.

Son xəbərlər

Orphus sistemi