“Apple” şirkəti 2024-cü ildə "sıçrayışlı" batareyaların texnologiyası ilə təchiz edilmiş sərnişin avtomobili istehsal etmək niyyətindədir.
Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.
Agentliyin məlumatına əsasən, şirkət hələ 2014-cü ildə “Project Titan” kimi məşhur layihəsi çərçivəsində öz avtomobilini hazırlamaqla məşğul olmağa başlayıb. Şirkət həmin vaxtdan bu sahədə əhəmiyyətli dərəcədə irəliləyib və indi öz müştəriləri üçün avtomobil yaratmaq niyyətindədir. “Apple” planlarıını hələ rəsmən açıqlamayıb.
Qeyd edilir ki, “Apple” strategiyası batareyaların yeni növününü indiki qiymətləri azaltmaqdan ibarətdir.
Mənbələrdən biri agentliyə bildirib ki, şirkət texnologiyaların növbəti səviyyəsini nümayiş etdirməyə hazırlaşır: "Siz necə ki ilk dəfə “iPhone”u gördünüz", - o müqayisə edib.
Güman edilir ki, konveyerin işə salınmasından sonra şirkətin zavodu ildə 100 mindən çox elektrik avtomobil – elektromobil istehsal edəcək.