“Apple”ın daha bir vitse-prezidenti “Apple Car” layihəsinə qoşulub

“Apple”ın daha bir vitse-prezidenti “Apple Car” layihəsinə qoşulub ABŞ-ın texnologiya nəhəngi “Apple” şirkətinin texnologiyalar üzrə vitse-prezidenti Kevin Linç pilotsuz elektikli avtomobil hazırlanması üzrə “Apple Car” layihəsinə qoşulub.
Biznes
17 İyul , 2021 16:59
“Apple”ın daha bir vitse-prezidenti “Apple Car” layihəsinə qoşulub

ABŞ-ın texnologiya nəhəngi “Apple” şirkətinin texnologiyalar üzrə vitse-prezidenti Kevin Linç pilotsuz elektikli avtomobil hazırlanması üzrə “Apple Car” layihəsinə qoşulub.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, K.Linçin fəaliyyəti gələcək elektomobillərin pilotsuz idarəetmə sisteminin yaradılması üzərində cəmləşəcək.

Buna baxmayaraq o şirkətdəki vəzifəsində də qalacaq.

“Apple Car” layihəsi hələ ki, ilkin mərhələdədir. Layihə şirkətin maşın öyrənməsi və süni intelekt strategiysı üzrə baş vitse-prezidenti Con Cannandreanın kurasiyasındadır. Ötən ay “Apple” bu layihədə iştiraka Almaniyanın avtomobil nəhəngi “BMW”nin keçmiş top-menceri Ulrix Kransı cəlb edib.

Son xəbərlər

Orphus sistemi