Antiinhisar Dövlət Xidmətindən ərzaq ehtiyatı ilə bağlı açıqlama

Antiinhisar Dövlət Xidmətindən ərzaq ehtiyatı ilə bağlı açıqlama Pandemiyanın fəsadlarının qarşısını almaq üçün İqtisadiyyat Nazirliyi tərəfindən bütün sahibkarlıq subyektlərinə dəvət göndərildi ki, bütün ehtiyatlarını artırsınlar
Biznes
107
17 Fevral , 2021 13:28
Antiinhisar Dövlət Xidmətindən ərzaq ehtiyatı ilə bağlı açıqlama

"Azərbaycanda əsas ərzaq məhsulları kateqoriyasına uyğun olan bir sıra məhsulların əlavə ehtiyatlarının yaradılması ilə bağlı İqtisadiyyat Nazirliyi kifayət qədər geniş iş aparıb".

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli bildirib.

Onun sözlərinə görə, bu işlərin nəticəsində əsas ərzaq məhsulların kateqoriyası müəyyənləşdirilib: “Ölkədə əsas qida məhsullarını idxal edənlərlə görüşlər keçirilib. Onların ticari ehtiyatlarının mütamadi olaraq nə qədər olması müəyyənləşdirilib. Belə ki, hər idxalçı ərzaq ehtiyatlarını 2 ay saxlaya bilirlər. Buna baxmayaraq, pandemiyanın fəsadlarının qarşısını almaq üçün İqtisadiyyat Nazirliyi tərəfindən bütün sahibkarlıq subyektlərinə dəvət göndərildi ki, bütün ehtiyatlarınızı artırın və dövlət kimi biz əlverişli kreditlərin verilməsində kömək olaq. Bu proses bu gün də davam edir.

Hal-hazırda əsas ərzaq məhsulları üzrə ölkədə həddindən çox ehtiyat yaranıb”.

Son xəbərlər

Orphus sistemi