Antiinhisar Dövlət Xidməti I yarımildə 3 minə yaxın müraciətə baxıb
- 21 iyul, 2022
- 07:18
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçılardan daxil olmuş 2 977 müraciətə baxıb.
“Report” quruma istinadən xəbər verir ki, bunun 59 %-i malların (iş, xidmətlərin) qüsurlu və keyfiyyətsiz olması, 22%-i digər istehlakçı hüquqlarının pozulması, 14 %-i, istehlakçıların hesabda, çəkidə və qiymətdə aldadılması, 3%-i müqavilə şərtlərinin pozulması, 2%-i isə istehlakçılara zəruri və düzgün məlumatların verilməsi ilə bağlı olub.
Dövlət Xidməti 1 185 müraciəti təmin edib, 1 041 müraciətə dair izahat və tövsiyyə verib, 392 müraciət üzrə araşdırmaları davam etdirir, 170 müraciəti aiddiyyəti orqana göndərib, zəruri sənədlər təqdim edilmədiyi üçün 134 müraciətə baxılmasını dayandırılıb, 32 müraciətdə qeyd edilmiş faktları aşkar etməyib, 23 müraciət üzrə aidiyyəti orqana üz tutmağı tövsiyyə edib.
6 ay ərzində 169 286 manat istehlakçılara qaytarılıb, 15 080 manat dəymiş ziyan ödənilib.