Antalyada Azərbaycan kapitallı 300-ə yaxın şirkət var

Biznes
  • 24 yanvar, 2022
  • 11:58
Antalyada Azərbaycan kapitallı 300-ə yaxın şirkət var

2021-ci ildə Türkiyənin Antaliya şəhərində Azərbaycan kapitallı 283 şirkət fəaliyyət göstərib.

“Report” türk mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB) İdarə Heyətinin üzvü, Antalya Ticarət və Sənaye Palatasının (ATSO) sədri Davut Çətin deyib.

Onun sözlərinə görə, bu sahədə liderlik Rusiya (656 şirkət), Almaniya (626 şirkət) və İrana (522 şirkət) məxsusdur.

D.Çətin həmçinin deyib ki, tətil üçün Antalyaya gələn xarici vətəndaşlar daha çox hansı ölkələri təmsi edirsə, investorların sayı baxımından da həmin ölkələr ilk sıralarda dayanır.

"Ötən il Antaliyada 558 xarici investisiyalı şirkət yaradılıb. Hazırda Palatamızın 56 min üzvü var ki, bunun da 4 647-si xarici kapitallıdır. Xaricilər əsasən topdansatış qida, daşınmaz əmlak, tikinti, səyahət agentliyi, restoran, kənd təsərrüfatı məhsulları, qonaqlama, tekstil və informatika sahələrinə sərmayə qoyurlar. Bu da, şəhərin iqtisadiyyatına və məşğulluğuna ciddi töhfə verir. Antalya pandemiyadan əvvəl 16 milyon, pandemiya dövründə isə 9 milyondan çox turisti qəbul edib. Şəhərə xaricilərin marağı getdikcə artır. Ötən il Antalyada satılan evlərin 18,5%-ni və yaxud 12,384-nü xaricilər alıb", - deyə o, qeyd edib.