Anjelina Allen: "USAİD Azərbaycanda ictimai iştirakçılığı gücləndirəcək cəhdləri dəstəkləyəcək"

Anjelina Allen: "USAİD Azərbaycanda ictimai iştirakçılığı gücləndirəcək cəhdləri dəstəkləyəcək" "ABŞ-ın Beynəlxalq İnkişafı Agentliyi Azərbaycan hökuməti ilə davamlı tərfdaşlığa böyük önəm verir".
Biznes
27 Fevral , 2023 10:53
Anjelina Allen: USAİD Azərbaycanda ictimai iştirakçılığı gücləndirəcək cəhdləri dəstəkləyəcək
Anjelina Allen

"ABŞ-ın Beynəlxalq İnkişafı Agentliyi Azərbaycan hökuməti ilə davamlı tərəfdaşlığa böyük önəm verir".

"Report" xəbər verir ki, bunu ABŞ-ın Beynəlxalq İnkişafı Agentliyinin (USAİD) missiya direktoru vəzifəsini icra edən Anjelina Allen Onlayn İctimai Nəzarət Platforması (www.enezaret.az) layihəsinin rüblük (2022-ci ilin dekabr-2023-cü ilin fevral ayları üzrə) yekunlarına dair dəyirmi masada qeyd edib.

O bildirib ki, USAİD ictimai iştirakçılığı gücləndirəcək cəhdləri dəstəkləməkdə davam edəcək.

"Online Nəzarət Platformasl həqiqətən Azərbaycan vətəndaşlarının hökumətlə birlikdə müxtəlif cəmiyyəti narahat edən problemlərin həll olunmasında çox önəmli mexanizmdir. Platforma istər hökumət tərəfindən, istərsə də aidiyyəti qurumlar tərəfindən böyük dəstək görür.

Platformaya gələn müraciətlərin həllərinə baxsaq, biz artan dinamikanı görə bilərik. İctimai iştirakçılıq və vətəndaş fəallığı Azərbaycan vətəndaşları üçün önəmlidir. Biz görürük ki, vətəndaş və dövlət qurumlarının ictimai fəallığı artdıqca problemlərin həll olunma dinamikası da artır", - A. Allen bildirib.

Son xəbərlər

Orphus sistemi