Andrea Horvat: "Azərbaycan investorlarına layihələr həyata keçirməkdə dəstək verməyə hazırıq"

Andrea Horvat: "Azərbaycan investorlarına layihələr həyata keçirməkdə dəstək verməyə hazırıq" Serbiya Azərbaycan investorlarına layihələr həyata keçirməkdə dəstək verməyə hazırdır.
Biznes
25 İyul , 2024 13:35
Andrea Horvat: Azərbaycan investorlarına layihələr həyata keçirməkdə dəstək verməyə hazırıq

Serbiya Azərbaycan investorlarına layihələr həyata keçirməkdə dəstək verməyə hazırdır.

"Report" xəbər verir ki, bunu Serbiyanın İqtisadiyyat Nazirliyinin dövlət katibi Andrea Horvat Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclasında deyib.

O bildirib ki, iqtisadiyyatın inkişafı və biznes mühitinin yaxşılaşdırılması üçün investisiya layihələri son dərəcə vacibdir: "Serbiya xarici və yerli investorları cəlb etmək üçün zəruri islahatların həyata keçirilməsində mühüm addımlar atıb.

Əvvəlki dövrdə Azərbaycan investorlarından bizə heç bir müraciət daxil olmayıb. Ümumi maraq kəsb edən layihələrin həyata keçirilməsi yolu ilə əməkdaşlığı inkişaf etdirmək üçün imkanlar var. Hazırda sahibkarlara kömək etmək üçün bir neçə proqramımız var. Bu proqramlar avadanlıq almaq, yeni biznesə başlamaq üçün dəstək göstərir. Biz bu proqramları istehsal, əsasən də qida istehsalı, sənaye avtomatlaşdırılması və innovasiya, hotel xidmətləri və İT sektorunun inkişafı sahələrində təklif edirik".

Son xəbərlər

Orphus sistemi