AMFA: Mikromaliyyə sahəsində innovasiyalar vacibdir

AMFA: Mikromaliyyə sahəsində innovasiyalar vacibdir Azərbaycanda mikromaliyyə sahəsində innovasiyalar aztəminatlı insanlar üçün maliyyə xidmətlərinin keyfiyyətini, miqyasını və səmərəliliyini artırmaq üçün çox vacibdir.
Biznes
23 Oktyabr , 2024 12:09
AMFA: Mikromaliyyə sahəsində innovasiyalar vacibdir
Cəlal Əliyev

Azərbaycanda mikromaliyyə sahəsində innovasiyalar aztəminatlı insanlar üçün maliyyə xidmətlərinin keyfiyyətini, miqyasını və səmərəliliyini artırmaq üçün çox vacibdir.

"Report" xəbər verir ki, bunu "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin İdarə Heyətinin sədri Cəlal Əliyev Bakıda keçirilən "Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər" mövzusunda Azərbaycan Mikromaliyyə Konfransında bildirib.

"Texniki imkanların genişlənməsi maliyyə institutlarının müştərilərlə münasibətlərini yeni keyfiyyət müstəvisinə yüksəldib, ənənəvi biznes modellərini təkmilləşdirmək üçün əlavə stimullar yaradıb və yeni bazarların formalaşmasına təkan verib. İnternet və mobil rabitədən istifadənin genişlənməsi maliyyə xidmətlərinin alternativ kanallarla, daha az xərc və yüksək sürətlə təklif edilməsi imkanlarını artırıb. Böyük istifadəçi auditoriyasına malik sosial şəbəkələr maliyyə xidmətləri istehlakçılarına mikromaliyyə institutlarına müraciət etmədən birbaşa maliyyələşmə imkanı yaradan platformalar təqdim edir. Proseslərin avtomatlaşdırılması, müştəri yönümlü olması, müştəri haqda getdikcə daha geniş məlumat toplayan və təqdim edən platformaların yaranması, rəqəmsal platformaların tətbiqi mikromaliyyə institutlarının xidmətlərini asanlaşdırır", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi