Altı ölkədən Azərbaycana çilçıraq tədarükü bərpa edilib
- 11 mart, 2023
- 09:40
2022-ci ildə Azərbaycana 24,45 milyon ABŞ dolları dəyərində 3 min 534 ton çilçıraq idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki illə müqayisədə dəyər ifadəsində 17,5 %, kəmiyyət olaraq – 2,3 % çoxdur.
Hesabat dövründə Çindən 13,17 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,5 % çoxdur) 3 min ton (+3 %), Türkiyədən 4 milyon ABŞ dolları dəyərində (+29 %) 257 ton (-5 %), Polşadan 2,9 milyon ABŞ dolları dəyərində (+26 dəfə) 62 ton (+16 dəfə), İtaliyadan 1,81 milyon ABŞ dolları dəyərində (-28 %) 81 ton (-28 %), Çexiyadan 435 min ABŞ dolları dəyərində (+3 dəfə) 4,75 ton (-12 %) məhsul alınıb.
Azərbaycana Birləşmiş Ərəb Əmirliklərindən (0,23 min ABŞ dolları dəyərində 0,01 ton), Misirdən (8,5 min ABŞ dolları dəyərində 0,28 ton), Özbəkistandan (28 min ABŞ dolları dəyərində 2,81 ton), Sloveniyadan (0,47 min ABŞ dolları dəyərində 0,07 ton), Tailanddan (1,13 min ABŞ dolları dəyərində 0,01 ton) və Yunanıstandan (18 min ABŞ dolları dəyərində 0,43 ton) tədarük bərpa edilib.