Müdafiə Sənayesi Nazirliyinin keçmiş yüksək vəzifəli əməkdaşı şirkət yaradıb

Müdafiə Sənayesi Nazirliyinin keçmiş yüksək vəzifəli əməkdaşı şirkət yaradıb Nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu Süleyman Rəhimov küçəsi ev 195-dir
Biznes
14 Oktyabr , 2015 12:16
Müdafiə Sənayesi Nazirliyinin keçmiş yüksək vəzifəli əməkdaşı şirkət yaradıb

Bakı. 14 oktyabr. REPORT.AZ/ Azərbaycanda "Kxla Global Beynəlxalq Logistika və Ticarət Şirkəti" adlı MMC yaradılıb. "Report" xəbər verir ki, oktyabrın 2-də Azərbaycan Vergilər Nazirliyində qeydiyyata alınan şirkətin qanuni təmsilçisi Əsgərov Kamal Əsgər oğludur.

Nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu Süleyman Rəhimov küçəsi ev 195-dir.

Qeyd edək ki, "Kxla Global Beynəlxalq Logistika və Ticarət Şirkəti" MMC-nin qanuni nümayəndəsi K.Əsgərov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda işləyib, həmçinin Müdafiə Sənayesi Nazirliyinin (MSN) "Alov" zavodunun direktoru vəzifəsində çalışıb. K.Əsgərov bu ilin yanvarında zavod direktoru vəzifəsindən azad edilib.

Son xəbərlər

Orphus sistemi