Almaniyanın avtomobil istehsalçıları 100 milyon avro cərimələnib

Almaniyanın avtomobil istehsalçıları 100 milyon avro cərimələnib Almaniyanın rəqabətin qorunması üzrə dövlət qurumu ölkənin 3 aparıcı avtomobil istehsalçısını kartel sövdələşməsinə getməkdə təqsirli bilərək onları ümumilikdə 100 milyon avro cərimə edib.
Biznes
22 Noyabr , 2019 10:31
Almaniyanın avtomobil istehsalçıları 100 milyon avro cərimələnib

Almaniyanın rəqabətin qorunması üzrə dövlət qurumu ölkənin 3 aparıcı avtomobil istehsalçısını kartel sövdələşməsinə getməkdə təqsirli bilərək onları ümumilikdə 100 milyon avro cərimə edib. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, söhbət BMW, "Daimler" və "Volkswagen" şirkətlərindən gedir. 

İstehsalçıların 2004-2013-cü illərdə polad alışı ilə bağlı qanun pozuntularına yol verdiyi bildirilir. Son nəticədə BMW 28 milyon avro, "Daimler" 23,5 milyon avro, "Volkswagen" isə 48,5 milyon avro cərimə ödəməli olacaq. 

Son xəbərlər

Orphus sistemi