Almaniyadan Azərbaycana vafli idxalı 2 min dəfəyə yaxın artıb

Biznes
  • 11 aprel, 2023
  • 06:13
Almaniyadan Azərbaycana vafli idxalı 2 min dəfəyə yaxın artıb

2023-cü ilin ilk ayında Azərbaycan xaricdən 1,28 milyon ABŞ dolları dəyərində 300 ton vafli və vafli həbləri alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 98 %, kəmiyyət olaraq – 4,2 % çoxdur.

Hesabat dövründə Azərbaycan Almaniyadan 464 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 627 dəfə çoxdur) 97 ton (+1940 dəfə), Türkiyədən 381 min ABŞ dolları dəyərində (+3,2 dəfə) 83,2 ton (+2,2 dəfə), Bolqarıstandan 252,2 min ABŞ dolları dəyərində (+4,1 dəfə) 61,54 ton (+3,2 dəfə), Rusiyadan 81,23 min ABŞ dolları dəyərində (-80 %) 32,49 ton (-84 %), Polşadan 33,2 min ABŞ dolları dəyərində (+6,2 dəfə) 3,1 ton (+5,3 dəfə) məhsul gətirib.

Qeyd edək ki, 2022-ci il ərzində Azərbaycana (25 ölkədən) idxal edilən 4 min 714 ton vaflinin 52 %-i Rusiyanın, 23,2 %-i Türkiyənin, 7,4 %-i Bolqarıstanın, 4,6 %-i Ukraynanın, 3,7 %-i Almaniyanın payına düşüb.

44 filmi