Almaniyadan Azərbaycana sənaye robotlarının idxalı bərpa edilib
- 05 sentyabr, 2022
- 10:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I yarısında Azərbaycana xaricdən 45 min ABŞ dolları dəyərində 14 ədəd sənaye robotu gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 40 % çoxdur, kəmiyyət olaraq – 85,5 % azdır.
Hesabat dövründə Çindən 27,5 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 73,3 % azalıb) 9 ədəd (+3 dəfə), Türkiyədən 12,5 min ABŞ dolları dəyərində (-94,2 %) 3 ədəd (-57,1 %) və Almaniyadan 5 min ABŞ dolları dəyərində 2 ədəd avadanlıq alınıb.
Səkkiz il 5 aylıq fasilənin ardından Almaniyadan tədarük bərpa edilib.
Ötən il Azərbaycanın xaricdən (4 ölkə) aldığı 336,2 min ABŞ dolları dəyərində sənaye robotlarının 64 %-i Türkiyənin payına düşüb.