Almaniya Azərbaycanla bağlı investisiya prioritetlərini açıqlayıb

Biznes
  • 30 iyun, 2022
  • 13:32
Almaniya Azərbaycanla bağlı investisiya prioritetlərini açıqlayıb

Almaniya-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə Bakıda yaxın zamanlarda Dayanıqlı Sammit keçiriləcək, bir çox Almaniya şirkətləri Azərbaycana gələcəklər.

Bunu “Report”a açıqlamasında Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq bildirib.

Səfir həmçinin əlavə edib ki, Almaniyadan bir sıra sahələri o cümlədən, ətraf mühiti, su təminatı ilə bağlı sahələri təmsil edən şirkətlər Azərbaycana gələcəklər.

V. Maniq Almaniya şirkətlərinin ölkəyə investisiya yatırmaqla bağlı məsələdən danışıb: “Almaniya şirkətləri Azərbaycanın aqrar sahəsinə maraqları var. Azərbaycanla Almaniya arasında qeyri-neft-qaz sektorunda uğurlu əməkdaşlıq mövcuddur. Ümid edirik ki, həmçinin, gələcəkdə Ələt Azad İqtisadi Zonasına Almaniya şirkətlərinin marağı olacaq. Almaniya şirkətlərinin bir neçə dəfə Ələt zonasına səfərləri təşkil edilib”.

O, Azərbaycanda fəaliyyət göstərən Almaniya şirkətlərinin əsas problemlərinədə toxunub.

Onun sözlərinə görə, əsas problemlərdən biri ölkədə qanunveciliyin icra səviyyəsi ilə bağlıdır və ixtisaslı işçilərin çatışmazlığıdır: "Peşə təhsili kifayət səviyyədə deyil. Azərbaycanın bunu inkişaf etdirilməsinə vaxt və vəsait lazımdır”.

Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 49,1 % çox - 497 milyon 175 min ABŞ dolları təşkil edib.

44 filmi