Almaniya Azərbaycana viski tədarükünü bərpa edib

Biznes
  • 18 fevral, 2022
  • 11:24
Almaniya Azərbaycana viski tədarükünü bərpa edib

Ötən ilin 11 ayı ərzində Azərbaycan xaricdən 3 milyon 744,86 min ABŞ dolları dəyərində 10,07 min dekalitr viski tədarük edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, əvvəlki ilin analoji dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 68,6 %, kəmiyyət olaraq – 73,92 % artıb.

Böyük Britaniyadan 2 milyon 403,49 min ABŞ dolları dəyərində 6,74 min dekalitr, İrlandiyadan 632,03 min ABŞ dolları dəyərində 1,87 min dekalitr, Amerika Birləşmiş Ştatlarından 513,08 min ABŞ dolları dəyərində 1,32 min dekalitr, Avstriyadan 86,46 min ABŞ dolları dəyərində 0,04 min dekalitr, Almaniyadan 42,78 min ABŞ dolları dəyərində 0,04 min dekalitr məhsul gətirilib.

2020-ci ilin eyni dövrü ilə müqayisədə Böyük Britaniyadan idxal müvafiq olaraq 57,34 % və 66,42 % artıb, İrlandiyadan – 76,52 % və 79,81 % artıb, Amerika Birləşmiş Ştatlarından – 2,2 dəfə və 2,2 dəfə artıb, Avstriyadan – 53,24 % və 0 % artıb. Altı illik fasilənin ardından Almaniyadan viski tədarükü bərpa edilib.