Almaniya Azərbaycana uşaq yeməkləri ixracını 8 dəfə artırıb

Biznes
  • 09 may, 2022
  • 12:51
Almaniya Azərbaycana uşaq yeməkləri ixracını 8 dəfə artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 3,27 milyon ABŞ dolları dəyərində 350,1 ton uşaq yeməkləri gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 33,2 % artıb, kəmiyyət olaraq – 4,8 % azalıb.

Hesabat dövründə Rusiyadan 1,96 milyon ABŞ dolları dəyərində 201,16 ton, Niderlanddan 454,56 min ABŞ dolları dəyərində 55,98 ton, Almaniyadan 303,94 min ABŞ dolları dəyərində 22,59 ton, Danimarkadan 144,76 min ABŞ dolları dəyərində 17,56 ton, Polşadan 103,58 min ABŞ dolları dəyərində 10,33 ton məhsul alınıb.

Bir il əvvəlki göstəricilərlə müqayisədə Rusiyadan tədarük müvafiq olaraq 2,1 dəfə və 13 % artıb, Niderlanddan – 28,4 % və 29,7 % azalıb, Almaniyadan – 8,7 dəfə və 7,6 dəfə artıb, Danimarkadan – 2,2 % və 16,2 % artıb, Polşadan – 53,4 % və 57,5 % azalıb.