Almaniya Azərbaycana noxud ixracını kəskin artırıb

Biznes
  • 22 avqust, 2022
  • 10:50
Almaniya Azərbaycana noxud ixracını kəskin artırıb

Bu ilin I yarısında Azərbaycana xaricdən 1,9 milyon ABŞ dolları dəyərində 2 min 601 ton qurudulmuş noxud gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,1 dəfə, kəmiyyət olaraq – 95,4 % çoxdur.

Hesabat dövründə Meksikadan 662 min ABŞ dolları (bir il əvvəlki göstərici ilə müqayisədə 5,1 dəfə artıb) dəyərində 437,4 ton (+4,6 dəfə), Rusiyadan 629,7 min ABŞ dolları (+2,1 dəfə) dəyərində 1 min 781 ton (+2,3 dəfə), Hindistandan 262 min ABŞ dolları dəyərində (-12 %) 194,5 ton (-33 %), Almaniyadan 257 min ABŞ dolları dəyərində (+6 400 dəfə) 97,3 ton (+9 700 dəfə), Türkiyədən 114 min ABŞ dolları dəyərində (+0,2 %) 79,1 ton (-38,3 %) məhsul alınıb.

Ötən il Azərbaycanın idxal etdiyi (18 ölkədən) 5 min 430 ton noxudun 86,3 %-i Rusiyanın payına düşüb.