Almaniya Azərbaycana kassa aparatlarının tədarükünü bərpa edib

Biznes
  • 31 mart, 2022
  • 11:21
Almaniya Azərbaycana kassa aparatlarının tədarükünü bərpa edib

2022-ci ilin ilk ayında Azərbaycan xaricdən 1,39 milyon ABŞ dolları dəyərində 6 min 850 ədəd kassa aparatı alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin analoji dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 2,1 dəfə, kəmiyyət olaraq – 4,5 dəfə artıb.

Hesabat dövründə Çindən 769,48 min ABŞ dolları dəyərində 6 min 532 ədəd, Rusiyadan 484,78 min ABŞ dolları dəyərində 259 ədəd, Almaniyadan 119,6 min ABŞ dolları dəyərində 16 ədəd və Türkiyədən 17,57 min ABŞ dolları dəyərində 43 ədəd cihaz gətirilib.

2021-ci ilin yanvarı ilə müqayisədə Çindən idxal müvafiq olaraq 3,3 dəfə və 4,9 dəfə artıb, Rusiyadan – 21 % və 43,9 % artıb. Bir il 1 aylıq fasilənin ardından Almaniyadan tədarük bərpa edilib. Ötən ilin ilk ayında Azərbaycan Türkiyədən kassa aparatları almayıb.

44 filmi