AK əczaçılıq şirkətləri ilə COVID-19-a qarşı dərmanların tədarükündə razılığa gəlib

AK əczaçılıq şirkətləri ilə COVID-19-a qarşı dərmanların tədarükündə razılığa gəlib Söhbət əsasən İsveçrənin “Roche” əczaçılıq konserni və Almaniyanın “Merck KgaA” əczaçılıq şirkəti ilə sövdələşmədən gedir
Biznes
345
8 İyul , 2020 17:00
AK əczaçılıq şirkətləri ilə COVID-19-a qarşı dərmanların tədarükündə razılığa gəlib

Avropa Komissiyası (AK) böyük əczaçılıq şirkətləri ilə COVID-19 xəstəliyinin müalicəsində istifadə edilə bilən eksperimental dərmanların tədarükü ilə bağlı razılıq əldə edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilib ki, söhbət əsasən İsveçrənin “Roche” əczaçılıq konserni və Almaniyanın “Merck KgaA” əczaçılıq şirkəti ilə sövdələşmədən gedir. AK-dakı mənbənin bildirdiyinə görə, “Roche” “Remdesivir” ilə birlikdə COVID-19 xəstələrində sınaqdan keçirilmiş və revmatoid artritin müalicəsi üçün nəzərdə tutulmuş “RoActemra” dərmanı təqdim edəcək. “Merck KgaA” isə sklerozlu xəstələrin müalicəsində istifadə olunan “Rebif” preparatını təqdim etməyə hazırdır. Özü də “Reuters” vurğulayıb ki, Aİ-nin tərkibinə daxil olan hər bir ölkə bu dərmanları ala bilər.

Agentlik qeyd edir ki, sövdələşmənin detalları hələ açıqlanmayıb. “Roche”, “Merck KGaA” və AK nümayəndələri razılaşmanı şərh etməyib.

Xatırladaq ki, iyulun 3-də Avropa Komissiyası bir sıra şərtlərə riayət etməklə, yeni növ koronavirusun yaratdığı xəstəliklərin müalicəsi üçün “Remdesivir” preparatının bütün Avropa bazarlarında istifadəsinə ilkin olaraq icazə verib. Dünən isə AK nümayəndəsi Stefan de Keersmaker AK-nın Avropa İttifaqına kafi miqdarda “Remdesivir” dərmanı tədarükünü təmin etməsi üçün onun hazırlayan ABŞ şirkəti (Gilead Sciences) ilə danışıqlar apardığını söyləyib.