“Airbus” dünyanın ən böyük təyyarə istehsalçısı olub

“Airbus” dünyanın ən böyük təyyarə istehsalçısı olub Fransanın “Airbus” şirkəti 9 ildən sonra dünyanın ən böyük təyyarə istehsalçısı olub.
Biznes
3 Yanvar , 2020 12:54
“Airbus” dünyanın ən böyük təyyarə istehsalçısı olub

Fransanın “Airbus” şirkəti 9 ildən sonra dünyanın ən böyük təyyarə istehsalçısı olub.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, 2019-cu ildə şirkət 863 təyyarə tədarük edib.

Şirkət bəzi istehsal problemlərinə görə, 2019-cu il proqnozlarını 2-3% azaldıb. Ancaq gözləntilərdən 3 ədəd daha çox təyyarə istehsal edən “Airbus” Amerikanın “Boeing” şirkətini qabaqlayaraq birinci olub.

Məlumata görə, Amerikanın “Boeing” şirkətinin “737 Max” modelində baş verən nasazlıqlara görə, 2019-cu ildə təyyarə tədarükü əvvəlki ilə nisbətən 50,1% azalaraq 345 ədəd olub.

Qeyd edək ki, “Airbus” şirkətinin proqnozları reallaşdırmasından sonra beynəlxalq birjalarda səhmlərinin qiyməti 3,1% yüksəlib.

Son xəbərlər

Orphus sistemi