Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini yarım illiyə uzadıb

Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini yarım illiyə uzadıb Avropa İttifaqı (Aİ) rəsmi olaraq Rusiyaya qarşı müddəti iyul ayının 31-də başa çatacaq iqtisadi sanksiyaları altı aylığa uzadıb.
Biznes
27 İyun , 2019 17:39
Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini yarım illiyə uzadıb
Reuters

Avropa İttifaqı (Aİ) rəsmi olaraq Rusiyaya qarşı müddəti iyul ayının 31-də başa çatacaq iqtisadi sanksiyaları altı aylığa uzadıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının bəyanatında deyilir.

Sənəddə qeyd olunur ki, bu qərar iyunun 20-21-də keçirilmiş Aİ sammitində Rusiyaya qarşı sanksiyaların tətbiqinə səbəb olan Ukraynadakı münaqişənin həlli ilə bağlı Minsk razılaşmalarının həyata keçirilməsi məsələsinin müzakirəsindən sonra qəbul olunub.

Xatırladaq ki, Aİ Rusiyaya qarşı sanksiyaların tətbiqinə 2014-cü ildə başlayıb. Məhdudlaşdırıcı tədbirlər dəfələrlə genişləndirilib və uzadılıb. Vizasız rejim və əməkdaşlıqla bağlı yeni baza razılaşması barədə müzakirələr dayandırılıb, Rusiya rəsmiləri üçün Aİ ölkələrinə girişə qadağa qoyulub və onların aktivləri dondurulub, ticarət, maliyyə və hərbi xarakterli məhdudlaşdırıcı tədbirlər tətbiq edilib. 

Son xəbərlər

Orphus sistemi