Aİ rəsmisi: "Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr strateji xarakter daşıyır"

Aİ rəsmisi: "Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr strateji xarakter daşıyır" Bakı. 5 iyun. REPORT.AZ/ Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında əlaqələr bizim üçün strateji xarakter daşıyır.
Biznes
5 İyun , 2018 10:59
Aİ rəsmisi: Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr strateji xarakter daşıyır
0 : 00
0 : 00

Bakı. 5 iyun. REPORT.AZ/ Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında əlaqələr bizim üçün strateji xarakter daşıyır.

"Report"un məlumatına görə, bunu Azərbaycan - Aİ biznes forumunda Şərq Qonşuluğu üzrə direktor, Şərq Qonşuluğu və Danışıqların Genişlənməsi üzrə direktoratın nümayəndəsi Lourens Meredit deyib.

Onun sözlərinə görə, Azərbaycan ən çox tvinninq layihələr keçirən ölkədir, bu da ikitərəfli əlaqələrin dərinləşdirilməsi üçün vacibdir.

L.Meredit çıxışında Azərbaycan hökumətini ölkə iqtisadiyatının şaxələndirilməsi istiqamətində aparılan tədbirləri davam etdirməyə çağırıb. Onun sözlərinə görə, bu istiqamətdə vacib addımlar atılıb ki, ölkənin qeyri-neft sektoru daha da inkişaf etsin. Bu mənada o, kənd təsərrüfatının maliyyələşdirilməsi mexanizmləri, yeni Dəniz Limanının ətrafında Azad Ticarət Zonasının yaradılmasını qeyd edib. L.Meredit bildirib ki, bu addımlar Dünya Bankının hesabatlarında da müsbət əksini tapıb.

Sonda L.Meredit kiçik sahibkarlığın inkişafının vacibliyini bildirib. Onun sözlərinə görə, Avropada istehsalatın 60%-i kiçik sahibkarların payına düşür, halbuki Azərbaycanda bu rəqəm 10% təşkil edir. O deyib ki, Aİ bu sahədə vəziyyətin dəyişdirilməsində öz yardımını göstərməyə hazırdır. 

Son xəbərlər

Orphus sistemi