Ağstafada sahibkarlar üçün treninq keçirilib

Ağstafada sahibkarlar üçün treninq keçirilib Tədbirdə iştirakçılar göstərilən elektron xidmətlər barədə də məlumatlandırılıb
Biznes
27 Sentyabr , 2017 16:27
Ağstafada sahibkarlar üçün treninq keçirilib

Bakı. 27 sentyabr. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Ağstafada sahibkarlar üçün treninq keçirilib. 

Bu barədə “Report”a Azərbaycan İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, “Ekoloji təmiz kənd təsərrüfatının inkişafı” və “Menecment” mövzularını əhatə edən treninqdə yaşıl iqtisadiyyat, ekoloji təmiz kənd təsərrüfatı, menecment və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirdə iştirakçılar İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə də məlumatlandırılıb.

Son xəbərlər

Orphus sistemi