Ağstafada sahibkarlar üçün treninq keçirilib

Ağstafada sahibkarlar üçün treninq keçirilib Treninq Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə baş tutub
Biznes
7 Aprel , 2017 19:23
Ağstafada sahibkarlar üçün treninq keçirilib

Bakı. 7 aprel. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Ağstafa rayonunun Düzqışlaq kəndində sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.

İqtisadiyyat Nazirliyindən "Report"a bildirilib ki, “Üzümçülüyün inkişaf perspektivləri” və “Kənd təsərrüfatında logistika” mövzularını əhatə edən treninqdə “2012-2020-ci illərdə Azərbaycanda üzümçülüyün inkişafına dair Dövlət Proqramı", Ağstafa rayonunun iqtisadi pasportu, kənd təsərrüfatında ixtisaslaşma, ekoloji təmiz üzüm istehsalı, üzümçülükdə məhsuldarlığın və səmərəliliyin yüksəldilməsi, logistik mərkəzlərin yaradılması və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Tədbir iştirakçıları həmçinin nazirlik tərəfindən göstərilən elektron xidmətlər barədə məlumatlandırılıblar. Bununla yanaşı, Apellyasiya Şuraları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları və s. barədə iştirakçılara ətraflı məlumat verilib.

Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi